Qarabağ Azərbaycandır!

ABŞ və Çinə xəbərdarlıq

25.09.2018 Maliyyə
ABŞ-ın Çinə qarşı vergi rüsumları qüvvəyə mindi.

“Kommersant.az” xəbər verir ki, ötən gecədən etibarən ABŞ-ın Çinə qarşı tətbiq etdiyi 200 milyard dollar dəyərində gömrük rüsumu qüvvəyə minib. Beynəlxalq kredit dərəcələndirmə agentliyi “Moody’s” proseslə bağlı hər iki ölkəyə xəbərdarlıq edib.

Agentlikdən verilən açıqlamada bildirilib ki, gömrük rüsumu həm ABŞ, həm də Çinin fərqli sektorda çalışan şirkətlərinin kredit faizi dərəcələrinin aşağı düşəcəyi mənasını verir. Bu isə o deməkdir ki, hər iki ölkənin iqtisadiyyatı zərər görəcək.