USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Varlılar niyə media maqnatı olmaq istəyir?

26.09.2018 İqtisadiyyat
0 0
Eqoizm və xeyirxahlıq istəyi başlıca səbəbdir.

"Kommersant.az" xəbər verir ki, son zamanlar maddi çətinlik yaşayan media orqanlarının varlılar tərəfindən satın alınması artıq bir ənənə halını alıb. Sözügedən varlılar arasında Marc Benioff, Donald Trump, Jeff Bezos, Steve Jobs da var. Üstəlik, milyarderlər aldıqları media orqanlarına milyardlarla dollar xərcləyirlər.

Media analitiki McCabenin sözlərinə görə, milyarderləri bu sahəyə çəkən əsas səbəb eqoizmdən qaynaqlanan adlarını daim gündəmdə saxlama və daha böyük hədəf kütləsinə çata bilmə istəyidir. McCabe onu da vurğulayıb ki, batmaqda olan media orqanını satın alan varlılar, həqiqətən, xeyirxahlıq etdiklərini düşünür. Lakin belə bir sual meydana çıxır - mediadan anlamayan biri media qurumunun idarəsini nə dərəcədə uğurla apara bilər?

Məsələn, "Amazon" şirkətinin rəhbəri Jeff Bezos "Washington Post"u aldıqdan sonra qəzetin taleyi dəyişdi. Hazırda da fəaliyyətini tam şəffaf sürdürən və Bezosun gəlişi ilə abonent sayını 2 qat artıran orqan hətta digərləri üçün ilham mənbəyi də oldu. Başda hər kəs Bezosun "Washington Post"dan "Amazon"un reklamı və rəqibləri ilə mübarizə aparmaq üçün istifadə edəcəyini düşünsə də, bu baş vermədi.

  • Əvvəlki

    "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" kredit yarışında - NƏTİCƏLƏR, QALİB

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0