USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“McDonald’s”dan 25 min dollar hədiyyə

26.09.2018 İqtisadiyyat
0 0
“McDonald’s” reklama görə hədiyyə verdi.

"Kommersant.az" xəbər verir ki, 21 yaşlı asiyalı iki gənc "McDonald’s"dan 25 min dollar pul alıb. Belə ki, Jevh Maravilla və Christian Toledo adlı iki dost əllərində "McDonald’s"a aid burger və kartof dilimləri ilə şəkil çəkdirərək onu, Houston şəhərində yerləşən "McDonald’s" filialının boş divarından asıblar.

Şəkli qüsursuz çəkən gənclərin reklamı o qədər yerinə düşüb ki, 51 gün ərzində "McDonald’s" özü də məsələnin fərqində olmayıb. 51 gündən sonra apardıqları reklam siyasəti ilə bağlı sosial mediada paylaşım edən gənclər bütün dünyanın diqqət mərkəzinə çevriliblər.

ABŞ-ın məşhur TV aparıcılarından Ellen DeGeneres, gəncləri verilişinə dəvət edib və burada onlara "McDonald’s"ın reklam satışlarında yer aldıqları üçün nağd 25 min dollar hədiyyə olunub.