Qarabağ Azərbaycandır!

Çindən ABŞ-a dirəniş

26.09.2018 Maliyyə
Çin vergiləri aşağı salır.

“Kommersant.az” xəbər verir ki, Çin hökuməti 1 noyabr 2018 – ci ildən etibarən 1585 məhsulun gömrük rüsumunu aşağı salacaq.

Belə ki, Çin daxili bazarda böyük tələbat olan cihazların, tikinti avadanlıqlarının və digər elektrik avadanlıqlarının idxalı üzrə tarifləri 12,2% -dən 8,8% -dək azaldacaq.

Qeyd edək ki, Çin hökuməti bu qərarı ABŞ-ın gömrük rüsumları qüvvəyə mindikdən sonra verib. Mütəxəssislər Çinin bu addımını ABŞ-a dirəniş kimi qiymətləndirir.