Qarabağ Azərbaycandır!

Tramp 854 milyard dollarlıq büdcə təsdiqlədi

29.09.2018 Maliyyə
ABŞ Prezidenti Donald Tramp, federal hökumətin müvəqqəti olaraq fəaliyyətinə fasilə verməsinin qarşısını alacaq 854 milyard dollarlıq büdcə layihəsini təsdiq edib.

ABŞ-ın Müdafiə, Səhiyyə, Əmək və Təhsil nazirliklərinə, 1 Oktyabrda başlayacaq yeni maliyyə ili ərzində maliyyələşdirmə təmin edəcək 854 milyard dollarlıq büdcə layihəsi Trampın imzası ilə qüvvəyə minib.

Federal hökumət daxilindəki digər nazirlik və təşkilatlara isə 7 Dekabr 2018-ci ilə qədər xərclər nəzərdə tutan büdcə, Nümayəndələr Məclisindən iki gün əvvəl, Senatdan isə keçən həftə keçmişdi.

Büdcənin təsdiq edilməsi, hökumətin noyabr ayında keçiriləcək ara seçkilər ərəfəsində müvəqqəti olaraq bağlanmasını mane olur.

Büdcədə, Meksika sərhədinə hörülməyə başlanan divar üçün maliyyə nəzərdə tutulmayıb. Bu səbəbdən Tramp bu büdcəni tənqid edirdi.

Amerika qanunlarına görə, 1 Oktyabr tarixində başlayan maliyyə ili, növbəti ilin 30 Sentyabrında başa çatır.