"Kommersant.az" xəbər verir ki, "Nationwide"dan verilən açıqlamada Londonda əmlak qiymətlərinin keçən ilin dekabr ayı ilə müqayisədə 0,5% artdığı bildirilib.
Mütəxəssislər artımın 2003-cü ildən etibarən qeydə alınan ən zəif artım kimi qiymətləndiriblər. Qeyd edək ki, ötən ilin eyni vaxtında qiymətlər 1,9% artım nümayiş etdirmişdi.
Belə ki, hazırda pytaxtda bir əmlakın ortalama qiyməti 466 min 988 sterlinqə çatıb. Açıqlamada o bildirilib ki, 2019-cu ildə Böyük Britaniyada əmlak qiymətlərinin pilləli olaraq artması gözlənilir. Mütəxəssislər bunu "mülayim" iqtisadi inkişafla bağlayır.