Qarabağ Azərbaycandır!

ABŞ - da işləmək üçün viza şərtləri asanlaşdırılır - DONALD TRUMP

14.01.2019 Dünya
ABŞ - ın ölkə başçısı Donald Trump ölkədə yaşayıb işləmək istəyənlər üçün geniş imkanlar yaradılacağını bildirib.

“Kommersant.az” xəbər verir ki, ABŞ prezidenti Donald Trump müvəqqəti iş vizası olan “H1B”ə ABŞ – da yaşamaq istəyənlər üçün vətəndaşlığa aparacaq dəyişikliklər etməyə hazırlaşdığını bildirib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşan ölkə başçısı “H1B” vizası ilə ABŞ – da işləyənlər əmin ola bilərlər ki, bu andan etibarən onların vətəndaşlıq almasını asanlaşdıracaq qaydalar tətbiq edəcəyik. Məqsədimiz isə bacarıqlı və işgüzar insanların ölkədə yaşayışını təmin etməkdir”, - deyə bildirib.

Qeyd edək ki, sözügedən viza əsasən texnologiya, federal qurumlar və universitet tələbələrinin ölkədə işləməsini təmin edir.