"Kommersant.Az" xəbər verir ki, "The Sunday Times"da yer alan xəbərə görə, Böyük Britaniyanın qlobal geyim nəhəngi həftə ərzində bu barədə açıqlama verəcəkdir.
Daha əvvəl İngiltərə daxilində təxminən 2 min nəfəri işsiz qoyaraq 60-ə yaxın mağazanı bağlayacağını açıqlayan şirkətin bu dəfə 40 mağazasını da bağlayacağı qeyd edilir.
Adı açıqlanmayan bir M&S sözçüsü isə "The Sun Online"a verdiyi açıqlamada, "Mağazaları bağlamaq planlarımızı sürətləndiririk. Davamlıvə gəlirli bir iş modeli üçün bu istiqamətdə hərəkətə keçilmık lazımdır", deyib.
1884-ci ildən bu yana fəaliyyət göstərən qlobal nəhəngin dünyada 45 ölkədə mindən artıq mağazası var.