USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə təyyarə biletinin qiymətləri düşəcək

22.05.2018 İqtisadiyyat
0 0
"İstanbul Yeni hava limanı"nın 29 oktyabrda fəaliyyətə başlaması üçün işlər davam edir

"Kommersant.az" xəbər verir ki, "Yeni hava limanı"nın açılması ilə biletlərin qiyməti də aşağı düşəcək.

Türk hava yollarının (THY) baş direktoru Bilal Ekşi təyyarə biletlərinin qiymətinin rəqabət əsasında tənzimləndiyini qeyd edib: "Neft qiymətləri və dolların məzənnəsindəki yüksəliş qiymətlərə az da olsa təsir edib. "Yeni hava limanı" rəqabəti artıracaq, bu da bilet qiymətlərinə təsir edəcək. Qiymətlər az da olsa düşəcək".

"İstanbul Yeni hava limanı"na transfer proqramı da dəqiqləşdirilib. Proqrama əsasən, 25 oktyabr 2018-ci ilə qədər yeni hava limanında sınaq uçuşlarından başqa hər hansı uçuş təşkil edilməyəcək. 31 oktyabr 2018-ci il, saat 00:00-dan etibarən Atatürk hava limanı daxili və xarici uçuşları dayandıracaq. Hazırda işlərinin 88,5%-i başa çatdırılan "İstanbul Yeni Hava limanı"nın rəsmi açılış mərasimi 29 oktyabr 2018-ci ildə keçiriləcək.

  • Əvvəlki

    "Lada Priora", "Kalina" və "Granta" avtomobillərinin istehsalı dayandırılır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0