ABŞ və Çin razılaşdı: məhdudiyyətlər ləğv edilir

22.05.2018 Dünya
ABŞ və Çin elektronika və telekommunikasiya avadanlığı istehsalçısı ZTE şirkəti ətrafında müzakirənin həlli ilə bağlı razılığa gəlib

"Kommersant.az" xəbər verir ki, Vaşinqton telekommunikasiya nəhənginə ABŞ ləvazimatlarının satılması ilə bağlı qoyulan qadağanı ləğv etməyə hazırlaşır.

“The Wall Street Journal”ın yaydığı məlumata görə, Vaşinqton danışıqlar tamamlandıqdan sonra avadanlıqlar və proqramların satışı qadağasını ləğv edəcək. Nəşr əlavə edib ki, ABŞ-la əldə edilən razılaşma çərçivəsində ZTE şirkətinin rəhbərliyində əhəmiyyətli dəyişiklik edilə, hətta cərimə də ödəyə bilərlər.

Ötən gün Ağ Evin iqtisadi müşaviri Larri Kudlov bildirib ki, Vaşinqton ZTE-yə qarşı sərt tədbirlər siyasətini davam etdirəcək.

Aprel ayında Tramp administrasiyası ZTE-nin İran və Şimali Koreyaya avadanlıq satdığını əsas gətirərək ABŞ şirkətlərinə ZTE-yə satışı qadağan etmişdi. Öz növbəsi də ZTE qərarı əsassız saymış və hüquqlarını müdafiə edəcəyini bildirmişdi.