Ancaq qaçqın yardımlarının maliyyələşdirilməsi məsələsində üzv ölkələr arasında fikir ayrılığı var. Komissiya bir milyardın Aİ büdcəsindən, iki milyardın isə üzv ölkələrin büdcəsindən ödənməsini təklif etsə də, bu, üzvlər tərəfindən qəbul olunmamışdı.
Təklifin qəbul olunması üçün Aİ üzvləri tərəfindən təsdiqlənməsi lazımdır.
Türkiyəyə veriləcək 3 milyard avro yardım 2016-cı ildə bu ölkə ilə birlik arasında imzalanan razılaşmanın bir hissəsidir. Türkiyə bunun əvəzində Avropaya keçmək istəyən qaçqınları qəbul etməyi, qanunsuz miqrasiyaya qarşı lazımı tədbirlər görməyi üzərinə götürmüşdü.