USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxıstanda zirehli maşınlar istehsal ediləcək

24.05.2018 İqtisadiyyat
0 0
Türkiyənin “Otokar” şirkəti ilə Qazaxıstanın “Engineering” şirkəti arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb

"Kommersant.az" xəbər verir ki, sənəd "V Beynəlxalq Silah Sistemləri və Hərbi Təchizat Sərgisi KADEX 2018" çərçivəsində imzalanıb. Memorandumda Qazaxıstan ordusundakı "Otokar" maşınlarına qulluq, modernləşdirilmə, maşın tədarükü və ortaq şirkətin vasitəçiliyi ilə Qazaxıstanda zirehli maşın istehsalını nəzərdə tutulur.

"Otokar"ın rəhbəri Sərdar Görgüç şirkət maşınlarının Qazaxıstanda uğurla çalışdığını bildirib: " İmzaladığımız sənəd Qazaxıstan silahlı qüvvələri üçün zirehli maşınların sadəcə idxalı deyil, ortaq istehsalı üçün də atılan ilk addım oldu".