Deripaska istefa verdi

25.05.2018 Dünya
Rusiyalı milyonçu, “Rusal” alüminium zavodunun direktoru Oleq Deripaska istefa verib

"Kommersant.az" xəbər verir ki, şirkətdən edilən açıqlamaya görə, istefa mayın 25-dən qüvvəyə minib. Oleq Deripaska bundan öncə “En+Group”un rəhbərliyindən istefa vermişdi.

Ötən gün isə “Rusal”ın 7 yüksək vəzifəli şəxsi istefa vermişdi.

Bu istefalar ABŞ-ın Rusiyaya məxsus iş adamları və şirkətlərə sanksiya tətbiq etməsindən sonrakı proseslərə aiddir.