USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BP Alyaskada olan bütün aktivlərini 5,6 milyard dollara satır

28.08.2019 Dünya
0 0
Böyük Britaniyanın neft-qaz şirkəti BP Alyaskada olan bütün aktivlərini 5,6 milyard ABŞ dollarına "Hilcorp Alaska”ya satmağı planlaşdırır.

"Kommersant.az" xəbər verir ki, BP "Hilcorp Alaska” BP-nin Transalyaska neft kəmərindəki payını, həmçinin onun bu ştat ərazisində işləyən geoloji kəşfiyyat bölməsini əldə edəcək.

Müqavilənin 2020-ci ildə bağlanacağı planlaşdırılır.

Qeyd edək ki, BP-nin Alyaskada 1,6 minə yaxın əməkdaşı var. Şirkət 2005-2018-ci illərdə ABŞ-dakı biznesinə 115 milyard dollar yatırım edib. EkoNews