USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dubayın ən varlı uşağının DƏBDƏBƏLİ HƏYATI - FOTO

11.09.2019 İqtisadiyyat
0 0
Bir çoxları 17 yaşlı bu yeniyetmənin gözqamaşdıran zənginliyinə həsəd apara bilər.

"Kommersant.az" Yenicag.az-a istinadən xəbər verir ki, Dubayın "qızıl oğlan"ı - tikinti maqnatı Saif Əhməd Belhasanın oğlu 17 yaşlı Rəşid barmağının bir işarəsi ilə ürəyi istəyən hər şeyi əldə edir.

Rəşid Dubayda elit məktəbi bitirib. Hətta müəllimlər atasının "biznes imperiyası"nın gələcək varislərindən biri olan uşaq üçün xüsusi şərait də yaradıblar.

Rəşid Belhasa ailənin ən kiçik övladıdır. Bu isə o deməkdir ki, atasının varisi olmaq şansı azdır. Odur ki, ata oğlunun bacarıqlarını üzə çıxarmaq, müəyyən səviyyəyə yüksəltmək üçün kiçik oğlunu əzizləyir və bütün istəklərini yerinə yetirir.

Məsələn, heç kimdə olmayan çox bahalı bir maşın. Əlbəttə, buyur, oğlum!

Dünyanın ən yaxşı futbolçuları ilə görüşmək. Heç bir problem yoxdur! Xidmətçilərlə dolu möhtəşəm villada yaşamaq istəyirsən? Bu da həll olundu.

Bir neçə il bundan əvvəl Rəşid evində şəxsi zooparkının olmasını istəyib. Əlbəttə, arzusu həyata keçirilib və o, öz zooparkını "ferma" adlandırıb. Nadir heyvanların saxlandığı zooparkın illik xərci kiçik bir dövlətin büdcəsinə barəbərdir.

  • Əvvəlki

    Azərbaycana hibrid maşınların gətirilməsinə kim mane olur?

Digər xəbərlər