USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən Azərbaycana yeni hava xətləri açılacaq

04.12.2019 İqtisadiyyat
0 0
"Çin turistlərinin Azərbaycana axınını təmin etmək üçün müəyyən işlər görülməlidir".

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2020-ci ildə Çindən Azərbaycana yeni hava xətləri açılacaq:

"Bu da potensialın həcmini artırmaqda bizə kömək edəcək. Eyni zamanda, Çin turistlərinə Azərbaycanı təsdiqlənmiş məkan kimi göstərmək üçün yeni müqavilələrin bağlanması nəzərdə tutulur. Öz təcrübəmdən çıxış edərək bildirim ki, Avstriya ilə Çin arasında belə bir müqavilənin bağlanması üçün iş aparmışdım. Çox müsbət nəticə əldə etdik, Çindən Avstriyaya gedən turistlərin sayı xeyli artdı".

İcraçı direktor onu da qeyd edib ki, Azərbaycan Çindən çoxlu sayda turist kütləsini qəbul etmək üçün yetərincə hazır deyil:

"Bunun üzərində iş aparmalıyıq. Eyni zamanda, çinli turistləri cəlb etmək üçün yeni turizm məhsullarının, o cümlədən Çin dilində danışa bilən turizm xidməti göstərən heyətin hazırlanması üçün də işlər aparılmalıdır". (Apa)

  • Əvvəlki

    Naftalanın yeni icra başçısı kimdir? - DOSYE

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0