Məşhur amerikalı dizayner Keyt Speyd evində ölü tapıldı

05.06.2018 Dünya
Tanınmış amerikalı dizayner Keyt Speyd Nyu-Yorkdakı evində ölü tapılıb.

"Kommersant"ın APA -ya istinadən verdiyi xəbərə görə, polis intihar versiyasını nəzərdən keçirir, 55 yaşlı K.Speydin intihardan qabaq yazdığı məktubunun aşkarlandığı bildirilir. Məktubun mətni hələlik açıqlanmır.

Keyt Speyd “Kate Spade New York” brendinin təsisçisi olub. Moda evi əsasən qadın çantası, geyim və aksessuarların istehsalı üzrə ixtisaslaşır. K.Speyd 2016-cı ildə “Frances Valentine” yeni brendini yaradıb.

VTB