USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus əleyhinə dərmanın adı açıqlandı

20.02.2020 İqtisadiyyat
0 0
Çində koronavirus əleyhinə antivirus dərmanının adı açıqlanıb.

"Kommersant.az" lenta.ru-ya istinadən xəbər verir ki, Çinin Səhiyyə Nazirliyinin açıqlamasında bu həbin "Abidol" olduğu bildirilib. Dərman xlorxinfosfat və ribavirinlə, interferon və ya ritonavirlə birlikdə Covid-19-un ilkin müalicə planının 6-cı versiyasına daxil edilib.

Həkimlər "Abidol"un yüksək səviyyədə antivirus göstəricilərinin olduğunu bildiriblər.

Bundan başqa, analitiklər koronavirusa yoluxanların daha çox 30-69 yaş aralığında olduğunu qeyd ediblər.

Qeyd edək ki, Çində koronavirusdan 2012 nəfər dünyasını dəyişib. 75,3 min nəfər isə virusa yoluxub.

  • Əvvəlki

    ABŞ Çin mallarının bir hissəsini əlavə rüsumlardan azad etdi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0