USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə, Rusiya və İran liderləri martda Tehranda görüşəcəklər

21.02.2020 İqtisadiyyat
0 0
Türkiyə, Rusiya və İran liderləri Tehranda görüşəcəklər.

"Kommersant.az"ın "Reuters" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, liderlər mart ayında İdlib mövzusunu bir daha müzakirə edəcəklər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə üçlü zirvə görüşünü təsdiqləsə də, tarixin tam dəqiqləşmədiyini deyib.

Türkiyə mətbuatında yazılanlara görə, Tehran zirvəsindən öncə rusiyalı heyətin yenidən Ankaraya səfəri, tərəflərin İdlib mövzusunu bir daha müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edərək bildirib ki, bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir. Bu gün isə İdlib vilayətində Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 5 əsgəri yaralanıb.