Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötüb

14.05.2020 Dünya
Türkiyədə son 24 saat ərzində daha 58 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 952 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 639 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 143 114 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 101 715 nəfər təşkil edir.

VTB