USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi azalıb

15.05.2020 İqtisadiyyat
0 0
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 26% azalıb

2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 179 milyon 471,7 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 63 milyon 251,7 min dollar və ya 26,1% azdır.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Gürcüstana ixracın həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 62 milyon 561,7 min dollar və ya 28,1% azalaraq 160 milyon 164,3 min dollar, idxalın həcmi isə 690 min dollar və ya 3,4% azalaraq 19 milyon 307,4 min dollar təşkil edib.

Nəticədə, 140 milyon 856,9 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 61 milyon 871,7 min dollar və ya 30,5% azdır.

  • Əvvəlki

    Azərbaycandan Gürcüstana pul köçürmələri kəskin artıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0