USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkə ilə dəmir yol daşımaları bərpa edildi

22.05.2020 İqtisadiyyat
0 0
Karantin rejiminin yumşaldılması çərçivəsində Ukraynada iyunun 1-dən etibarən dəmiryol daşımaları, o cümlədən uzaq məsafəyə hərəkət edən qatarların fəaliyyəti bərpa olunur.

"Kommersant.az" xəbər verir ki, bu barədə İnfrastruktur naziri Vladislav Krikli məlumat verib. Onun sözlərinə görə, "Ukrazaliznıtsa" sərnişinləri qarşılamağa artıq hazırdır. "Ukraynada artıq iyunun 1-dən etibarən uzaq məsafəyə hərəkət edən ilk qatarlar reysə buraxılacaq. Karantin rejimi sərnişinlərin qəbuluna hazırlaşmaq üçün vaxt verdi", - deyə Krikli qeyd edib.

Bundan əlavə, "Kiyev-Passajirski" stansiyasının vağzallarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, üzdən tanıma funksiyasına malik 22 yeni videonəzarət sisteminin quraşdırıldığı bildirilir.