USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süleyman Kərimovun ailəsi "Forbes Russia"nın ilk pilləsində qərarlaşdı

06.08.2020 İqtisadiyyat
0 0
"Forbes Russia" ən zəngin rusiyalı iş adamlarının reytinqini açıqlayıb.

"Kommersant.az" "Forbes Real Time"a istinadən xəbər verir ki, ilk dəfə olaraq birinci pillədə qızılçıxarma ilə məşğul olan "Polyus" kompaniyasının sahibi - Süleyman Kərimovun ailəsi qərarlaşıb.

Gün ərzində Kərimovun ailəsinin var-dövləti 1,7 milyard ABŞ dolları artaraq 24,8 milyard dollara çatıb.

Kərimovun ailəsinin var-dövlətinin əsasını "Polyus"un aksiyaları təşkil edir. Şirkətin əsas benefisiarı Süleyman Kərimovun oğlu Səiddir (səhmlərin 76,84%-i). Səid Kərimovun "Polyus"dakı bütün paketi hazırda 25,6 milyard dollar qiymətləndirilir.

S.Kərimov 1966-cı ildə Dərbənddə anadan olub, milliyətcə ləzgidir

Reytinqin ikinci pilləsində "Nornikel" şirkətinin rəhbəri və benefisiarı Vladimir Potanin yer alıb (24,6 milyard dollar). İlk üçlüyün sonuncusu Direktorlar Şurasının sədri və "NLMK" qrupunun əsas səhmdarı Vladimir Lisin olub (21,9 milyard dollar).

  • Əvvəlki

    Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası müəyyənləşdi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0