USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ pandemiyada işsiz qalanlara hər həftə 400 dollar verəcək

10.08.2020 İqtisadiyyat
0 0
Həftə sonu ABŞ prezidenti Donald Tramp işsizlik müavinətlərinə əlavə ödənişlərin qismən bərpası ilə bağlı fərman imzalayıb.

"Kommersant.az" "Bloomberg"ə istinadla xəbər verir ki, ödənişlər koronavirus səbəbindən işsiz qalan on milyonlarla ABŞ sakininə veriləcək. Sənədə görə, həftəlik ödənişlərin məbləği 400 dollar olacaq. Onların 75%-i federal hökumət, 25%-i isə dövlət tərəfindən maliyyələşdiriləcək.

Demokratlar və respublikaçıların hələ də iqtisadiyyatı stimullaşdırmaq üçün yeni bir proqramın şərtləri barədə razılığa gələ bilmədikləri Konqresi kənara qoyaraq iqtisadiyyatın dəstəklənməsi tədbirlərinin genişləndirilməsi üçün fərman imzalanıb. Agentlik qeyd edir ki, fərmanın imzalanması Prezident Tramp üçün hüquqi nəticələrə səbəb ola bilər, çünki konstitusiyaya görə, dövlət xərcləri Konqresin məsuliyyətidir.

  • Əvvəlki

    Fərid Bağırova yüksək vəzifə verildi

Digər xəbərlər