USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yatırımların sahəsi də, istiqaməti də dəyişir

18.06.2018 İqtisadiyyat
0 0
“Yatırım Atlası 2018”-in hesabat nəticələri açıqlanıb.

"Kommersant" xəbər verir ki, dünyəvi ticari əmlak investisiyalarına əsaslanan proqnozların yer aldığı hesabatda deyilir ki, 2018-ci ildə yatırımların sahəsi və istiqaməti dəyişəcək. Belə ki, bu ilin əmlak yatırımlarında Asiya yeni fürsətlər təklif etdiyi halda, sərmayəçilər tələbə yataqxanası, informasiya mərkəzləri, yaşlılar üçün nəzərdə tutulan məkanlara üstünlük verir.

Qərbdən Şərqə yönəlmə

Daşınmaz əmlak bazarının səviyyəsinin 2017-ci ildə rekord vurduğunu bildirən "Cushman&Wakefield"ın ortağı Tuğra Gönden, "Dünyəvi daşınmaz əmlak səviyyəsi 2017-ci ildə 1,62 trilyon dolları keçib. 2015-ci ildə isə əmlakın səviyyəsi 1,45 trilyon dollardı. Zirvənin aşılmasının ən önəmli səbəblərindən biri Asiyada gözlənilməz səviyyədə performansın qalxmasıdır", - deyə vurğulayıb. Hesabata görə, Türkiyə ofis yatırımlarında 7,25%, pərakəndədə 6,5% və sənayedə 100/9-luq yatırım gəlirinə sahibdir. Gönden bu faizin inkişafda olan ölkələr arasında ən düşük səviyyədə olduğunu qeyd edib".

Trump təsiri

Siyasi faktrların İngiltərə, İspaniya, İtaliya, Rusiya və Türkiyə daxil olmaqla bir çox ölkədə təsirli olacağını bildirən Gönden "Fransa isə 2024 Olimpiadasına görə fərqli şəkildə izlənəcək. Amerikada prezident Donald Trump’ın siyasəti daşınmaz əmlak üzrə yatırımlara mənfi təsir göstərib. Buna görə də düşünürəm ki, illik 96% artım verən Asiya qaynaqlı yatırımlar Şimali Amerikanın itkisi, Avropanın qazancına çevriləcək", - deyə əlavə edib.

Nərmin Həsənli

  • Əvvəlki

    Kənd təsərrüfatı ilə bağlı maarifləndirici videoçarxlar hazırlanacaq

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0