USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rus qadınlardan "fast food" nəhənginin reklamına böyük reaksiya

22.06.2018 İqtisadiyyat
0 0
Rusiyada keçirilən 2018 Dünya Kuboku üçün bir reklam kampaniyası hazırlayan "Burger King Rusya", turnirdə forma geyinən bir futbolçudan hamilə qalması vəziyyətində Rus qadınlara ömürlük "Whopper" və 46 min dollar mükafat vəd edib. İctimaiyyətdə böyük reaksiyaya səbəb olan reklam yığışdırılıb və "Burger King" üzr istəyib.

"Burger King Rusya", ötən günlərdə yayımlanmağa başlanan reklam kampaniyasından sonrası üzr istəmək məcburiyyətində qalıb. Məşhur "fast food" şəbəkəsi, Dünya Çempionatında forma geyən bir futbolçudan hamilə qalması vəziyyətində həmin Rus qadınlarına ömürlük "Whopper" vəd etməklə kifayətlənməmiş, 47 min dollar qazanmaq imkanı da təqdim etmişdi.

"Kommersant" xəbər verir ki, Çərşənbə günü Rusiyanın populyar sosial media platforması olan VK-da paylaşılan reklam, ictimaiyyətin böyük reaksiyasından sonra silinib.

"Burger King Rusiya", Rusiyanın Facebook-u kimi tanınan VK platformasında kampaniyanın alçaldıcı olduğunu qəbul edərək üzr istəyib və reklamı silib.


"Burger King"in Baş ofisindən ABŞ mediasına verilən açıqlamada "Rusiyadakı tərəfdaşımızın onlayn olaraq apardığı və alçaldıcı olan kampaniyasına görə üzr istəyirik",- deyilib.

Rusiyanın xəbər agentliyi "Interfax"a görə, "Burger King"in Rusiya distribyutoru olan "Burger Rus LLC" şirkəti VK platforması xaricində hər hansı bir mətbuat açıqlaması etməyib.

  • Əvvəlki

    Firma işçiləri "Bravo" marketin işçisini döyüb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0