USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Misirin yeni paytaxtının inşası başa çatdırılır - FOTO

22.02.2021 İqtisadiyyat
0 0
Çin Dövlət İnşaat Mühəndisliyi Korporasiyası (CSCEC) Misirin yeni inzibati paytaxtında infrastruktur layihələrinin tikintisini tamamlayır.

Life.ru portalının məlumatına görə, Vedyan şəhəri Qahirədən 45 kilometr şərqdə yerləşir. Ölkənin yeni paytaxtının ərazisi 700 kvadrat kilometrdən çoxdur. Şəhərdə təxminən yeddi milyon vətəndaşın yerləşəcəyi planlaşdırılır.

Dövlət orqanları, nazirlik və idarələr, parlament, prezident administrasiyası, diplomatik nümayəndəliklər və universitetlərin Vedyana köçürüləcəyi bildirilir.