USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İqtisadiyyatda yeni dönəm başlayır" - NAZİR

28.06.2018 İqtisadiyyat
0 0
Türkiyənin İqtisadiyyat Naziri Zeybekci ötən günlərdə mediaya açıqlama verib.

"Kommersant" xəbər verir ki, Zeybekci bildirib ki, bu toplantı iqtisadiyyat naziri kimi jurnalistlərlə keçirdiyi son iclas ola bilər. Zeybekçi, qurulmuş yeni hökumətin artıq bəzi qərarlar qəbul etdiyini açıqlayıb. Belə ki, onun sözlərinə görə, yeni dönəmdə İqtisadiyyat Nazirliyi ilə Gömrük və Ticarət Nazirliyinin fəaliyyətində fərqli format tətbiq oluna bilər. Nazir bu günə qədər ixracatçıların bütün şərtlər altında yanında olmağa çalışdıqlarını, demək olar ki, dünyanın bütün ölkələrində olan səfirliklər vasitəsilə onların hüquqlarını ən yüksək səviyyədə qorumağa çalışdıqlarını, bunun üçün əllərindən gələni əsirgəmədiklərini bildirib. Və bundan sonra da türk ixracatçılarının xarici siyasətinə yönəlmiş tədbirlər görəcəklərinə çalışdıqlarını ifadə edib.

Zeybekci yeni hökumətin iqtisadiyyatda əsasən Sərbəst Ticarət və Güzəştli Ticarət Müqavilələrinin bağlanmasına diqqət yetirdiyini bildirib. Belə ki, hazırda bu məqsədlə 25 müqavilə imzalanıb. Nazir Azərbaycanla bağlanan Güzəştli Ticarət Müqaviləsinin nisbətən dar çərçivədə olduğunu, Rusiya, Meksika, Kolumbiya, Peru ilə Sərbəst Ticarət Müqaviləsi üçün danışıqların davam etdiyini söyləyib.