Rusiyada yeni kriptovalyuta tətbiq olunacaq

03.07.2018 Dünya
“Viber” 2019-cu ildə Rusiyada öz kriptovalyutasını dövriyyəyə buraxacaq.

“Kommersant” xəbər verir ki, məşhur tətbiqlərdən olan “Viber” hazırda Rusiya qanunvericiliyini öyrənir və 2019-cu ildə bazara yenilik gətirərək "messencer" kriptovalyutası tətbiq etməyə hazırlaşır. Bu haqda açıqlamanı “Viber” şirkətinin rəhbəri Jamal Agaoua verib.

Sözügedən kriptovalyutanın adı “Rakuten Coin” olacaq. Tətbiq olunacaq bu kriptovalyuta “Rakuten” ekosisteminin bütün funksiyalarını dəstəkləyəcək.