USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin dünyanın ən böyük 2-ci birjası adını Yaponiyaya verdi

03.08.2018 İqtisadiyyat
0 0
Çin, dünyanın ən böyük ikinci səhmlər bazarı adını Yaponiyaya verib.

"Kommersant.az" xəbər verir ki, "Bloomberg" tərəfindən toplanan məlumatlara görə, Çin səhmlərinin cəmi bazar qiyməti, Cümə günkü geriləmənin ardından 6.09 trilyon dollara düşüb. Yaponiya Birjasının dəyəri isə 6.17 trilyon dollar səviyyəsindədir.

ABŞ isə 31 trilyon dollarlıq bazar qiymətilə dünyanın ən böyük səhmlər bazarına malikdir.

Çin səhmlərinin bazar dəyəri, 2014-cü ilin sonunda Yaponiyanı keçmişdi; 2015-ci ilin İyun ayında isə 10 trilyon dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə qalxmışdı.

ABŞ ilə mövcud ticarət gərginliyi, hökumətin kredit dəstəyini azaltması kampaniyası və yavaşlayan iqtisadiyyat Çin səhmlərinin bu il ucuzlaşmasına səbəb olub.

(c) Marja

  • Əvvəlki

    Azərbaycan Türkiyə ilə toxumçuluq sahəsində əməkdaşlıq edəcək

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0