Qarabağ Azərbaycandır!

Məhkəmədə iddiaçılar iştirak etməyəcək - YENİ QAYDA

11.09.2018 Dünya
Çində yeni onlayn məhkəmə qurulur.

“Kommersant.az” xəbər verir ki, Çində internet-məhkəmələr fəaliyyətə başlayıb. Belə ki, məhkəmələrdə əsasən internetlə bağlı, yəni e-ticarətdə dələduzluq halları, e-müqavilələrdə borc və ya müəllif hüquqlarının pozulması kimi hallara baxılır.

Qeyd edək ki, məhkəmə proseslərində iddiaçı, hakim, şahid iştirak etmir. Məhkəmə bütünlükdə onlayn qaydada videotranslyasiyalar vasitəsilə həyata keçirilir. Hökm də onlayn qaydada oxunur.