USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir qəsəbəyə təbii qaz verilib

11.09.2018 İqtisadiyyat
0 0
Bu gün Lənkəran rayonunun Haftoni qəsəbəsinə təbii qaz verilib.

"Kommersant.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz"ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 612 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6883 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 27 min 424 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Lənkəran rayonunun Mollakənd və Şovu kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

  • Əvvəlki

    Məhkəmədə iddiaçılar iştirak etməyəcək - YENİ QAYDA

Digər xəbərlər