Qarabağ Azərbaycandır!

“Google” yeni axtarış sistemi yaradır

28.09.2018 Dünya
İnternet 2028-ci ildə iki yerə bölünəcək.

“Kommersant.az” xəbər verir ki, “Google”ın şirkətlərindən biri “Alphabet”in idarə heyətinin keçmiş sədri Eric Schmidt, gələcək 10 ildə ABŞ və Çin arasında gedən ticarət savaşının interneti ikiyə ayıracağını bildirib.

Onun sözlərinə görə, Çin artıq bu istiqamətdə işlərə başlayıb. Belə ki, ölkə artıq öz brauzerini yaradıb. Təkcə iyul ayı ərzində brauzer istifadəçilərinin sayı 802 milyonu ötüb.

“Google” isə bu böyük şəbəkədə yer ala bilmək üçün “Dragonfly” adlı layihəsini başladıb. Layihə Çin qanunlarına uyğun təşkil olunub. Çin hökuməti ilə danışıqlara başlayan “Google” yaratdığı axtarış sistemində, hökumətin qadağan etdiyi bəzi açar sözlərini bloklayaraq layihəni istifadəyə verəcək.

  • Əvvəlki

    Bakı-Mahaçqala reysinin açılışı niyə gecikir? - RƏSMİ

Digər xəbərlər