"McDonald’s" bazardan çıxır

04.10.2018 Maliyyə
"Apple", "Amazon" və "Google" dünyanın ən bahalı brendləri seçilib.

"Kommersant.az" xəbər verir ki, "Interbrand" agentliyinin tərtib etdiyi reytinqə əsasən, üçlüyün ümumi dəyəri 500 milyard dollardır. "Apple", ötən il olduğu kimi bu il də 200 milyard dollarlıq məbləğlə reytinqə liderlik edir. "Amazon"un dəyəri 155 milyard dollar, "Google"un dəyəri isə 101 milyard dollar həcmində qiymətləndirilib.

"Interbrand" "McDonald’s" brendini isə 43 milyard dollar məbləğində qiymətləndirib.

Qeyd edək ki, ən bahalı brendlərin ilk onluğunda 6 texnoloji şirkət də qərarlaşıb. Reytinqdəki brendlərin yarıdan çoxu isə texnologiya, maliyyə xidmətləri və avtomobil sənayesini əhatə edir.

  • Əvvəlki

    "AG Bank" onun-bunun pulunu xərcləyir - ARAŞDIRMA

Digər xəbərlər