USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank: Könüllü sığorta bazarı üzrə zəmanət mexanizmi nəzərdən keçirilə bilər

28.04.2026 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) “2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı”nda sığorta sektoru üzrə növbəti addımları açıqlayıb.

Kommersant.az AMB-yə istinadən xəbər verir ki, hesabatda sərnişinlərin fərdi qəza sığortası məhsulunun yenidən dizaynı nəzərdə tutulur.

Sənəddə biznes proseslərinin idarə olunmasında risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilib.

Eyni zamanda sığorta şirkətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və rəqəmsallaşma sahəsində mövcud maneələrin aradan qaldırılması üçün aktiv əməkdaşlıq planlaşdırılır.

Hesabata görə, xüsusi tənzimləmə rejimi vasitəsilə “InsurTech” (sığorta texnologiyaları) həllərinin təşviqi də nəzərdə tutulur.

Bundan əlavə, könüllü sığorta növlərini əhatə etmək üçün genişləndirilmiş zəmanət sxeminin nəzərdən keçirilməsi planlaşdırılır.

Mərkəzi Bank maliyyə istehlakçılarının müdafiəsi üzrə risk qiymətləndirmə çərçivəsinin hazırlanmasını da prioritet istiqamətlərdən biri kimi müəyyən edib.

Sənəddə həmçinin risk əsaslı nəzarətə keçidlə bağlı daxili və xarici nəzarət mexanizmlərinin qurulacağı qeyd olunub.

Bununla yanaşı, risk əsaslı sığorta haqqının müəyyən edilməsini nəzərdə tutan “cup and cap” modellərinin tətbiqi imkanlarının araşdırılması planlaşdırılır.