USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib

28.04.2026 Vakansiya
0 0
Azərbaycanda pivə istehsalçısı “Carlsberg Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişdirilib.

Kommersant.az xəbər verir ki, Krasimir Angelov Lazarov şirkətin baş direktoru təyin edilib.

Bu vəzifədə Alius Antulisu əvəz edib.

Bolqarıstanlı mütəxəssis Krasimir Angelov 2021-ci ildən cari ilin əvvəlinə qədər “Carlsberg” qrupunun Bolqarıstandakı şirkətində Satış departamentində direktor kimi çalışırdı.

Xatırladaq ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə 250 nəfərə yaxın işçi çalışır. “Carlsberg Azerbaijan”ın portfelində “Xırdalan”, “Baltika”, “Əfsanə”, “Carlsberg”, “Kronenbourg 1664 Blanc”, “Seth&Riley`s Garage” və s. pivə brendləri var. Yerli bazarda şirkətin payı təxminən 70% təşkil edir.

  • Əvvəlki

    Prezident bu 5 quruma nə tapşırdı?

Digər xəbərlər

28.04.2026 Vakansiya
“AzInTelecom”da yeni təyinat olub
0 0
09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0