USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AzInTelecom”da yeni təyinat olub

28.04.2026 Vakansiya
0 0
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinə yeni direktor təyin edilib.

Kommersant.az-ın məlumatına görə, Pərvin Vəzirova “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinə direktor təyin edilib.

Pərvin Vəzirova bu təyinata kimi həmin departamentdə şöbə müdiri kimi çalışırdı.

O, 2025-ci ilin yanvar ayından etibarən Massaçusets Texnologiya İnstitutunda (MITx) Logistika, Materiallar və Təchizat Zəncirinin İdarə Edilməsi üzrə “MicroMasters” dərəcəsi üzrə təhsil alır.

  • Əvvəlki

    AMB bank sektoru üzrə növbəti tədbirləri müəyyənləşdirib

Digər xəbərlər