USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Facebook" istifadəçiləri artıb

31.10.2018 İqtisadiyyat
0 0
"Facebook"un aylıq auditoriyası 2,27 milyarda çatıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətin üçüncü rüb üzrə maliyyə hesabatında bildirilir. Hesabata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıb. Söhbət ay ərzində sosial şəbəkəyə ən azı 1 dəfə daxil olanlardan gedir. Bura "Instagram", eyni zamanda "Messenger" və "WhatsApp" istifadəçiləri də daxildir.

Bu ilin sentyabrında 1,49 milyard nəfər gündə ən azı 1 dəfə olmaqla "Facebook"dan istifadə edib. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 9%-lik artım deməkdir.

"Facebook"un üçüncü rüb üzrə xalis mənfəəti isə 5,14 milyard dollar təşkil edib. Bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 9% artım deməkdir. Həmin vaxt şirkətin 4,71 milyard dollarlıq mənfəəti olub.

"Facebook"un üçüncü rüb üzrə gəlirləri isə 13,73 milyard dollar olub. Gəlirin əsas hissəsi reklam hesabına əldə edilib. Ötən ilin müvafiq dövründə isə şirkətin gəlirləri 10,33 milyard dollar təşkil edib.

  • Əvvəlki

    Dollar alışı niyə artıb? - EKSPERT ŞƏRHİ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0