Mobil oyun oynamaq qadağan edilir

6 Noyabr 15:49 İKT
Çində gün ərzində 1 saatdan artıq mobil oyunlar oynamaq qadağan edilib.

"Kommersant.az" xəbər verir ki, "The Next Web"in məlumatına görə, qadağa ilk növbədə yeniyetmələrə şamil ediləcək. Qərar "Honor of Kings"in məşhurluğu fonunda verilib. Oyunun istifadəçiləri adətən 12 yaşdan aşağı olanlardır. Praktikaya əsasən, oyuna çox vaxt ayıran yeniyetmələrdə yuxusuzluq problemi yaranmaqla yanaşı, ev tapşırıqlarından yayınma da olur.

Yeni qadağa ilə onlar saat 21:00-dan 8-dək oyun oynaya bilməyəcək.