Dəmiryolçulara yeni forma veriləcək - ÖZƏL

3 Sentyabr 14:23 Sosial
"Dəmiryolu işçilərinin hazırda istifadə etdikləri geyim forması dəyişdirilərək, yeniləri ilə əvəz ediləcək".

Bunu "Kommersant.az"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Onun sözlərinə görə, geyimin nə vaxta hazır olacağı barəsində hələ ki, dəqiq məlumat yoxdur:

""Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində dəmiryolçuların xüsusi geyim formasına kompleks yanaşma üçün (müasir standartlar və təhlükəsizlik normaları nəzərə alınmaqla) qayda və təlimatlar hazırlanır".