Ayın əvvəlindəki kəskin dəyişkənlikdən sonra kriptovalyuta aktivləri bazarları təzyiq altında qalır.
Rəqəmsal aktiv ticarəti şirkəti Zerocap-ın analitiki Əmir İbrahim bildirib ki, investor əhval-ruhiyyəsi zəif olaraq qalır, likvidlik azalır və xüsusilə texnologiya səhmlərində müşahidə olunan qlobal riskdən yayınma tendensiyası bazarlara mənfi təsir göstərir.
Analitik qeyd edib ki, son vaxtlar ümumi kripto bazar kapitallaşmasından təxminən yarım trilyon dollar silinib.