USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri ABŞ-İran gərginliyi fonunda yüksəldi

12.02.2026 İqtisadiyyat
0 0
Neft qiymətləri ABŞ və İran arasında gərginliyin arta biləcəyi ilə bağlı narahatlıqlar fonunda yüksəldi.

ICE birjasında Brent markalı neftin qiyməti 0,24% artaraq 69,57 dollara, MYMEX birjasında isə Qərbi Texas Intermediate (WTI) markalı neftin qiyməti isə 0,37% artaraq 64,87 dollara çatıb.

Hər iki etalon çərşənbə günü yüksəlişlə bağlanıb. Brent 0,87% artıb, WTI isə 1,05%-dən çox artıb. ABŞ-ın xam neft ehtiyatlarının artmasına baxmayaraq, investorların ABŞ-İran gərginliyinə diqqəti qiymətləri dəstəkləyib.

İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra ABŞ Prezidenti Donald Tramp İranla bağlı "qəti" razılaşma əldə olunmadığını, lakin danışıqların davam edəcəyini bildirib. Çərşənbə axşamı Tramp həmçinin İranla razılaşma əldə olunmazsa, Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyi düşündüyünü bildirib. ABŞ və İran diplomatları ötən həftə Omanda dolayı danışıqlar aparıblar.

Analitiklər bildirirlər ki, WTI-nin 65-66 dollar aralığını daimi olaraq keçməsi üçün Yaxın Şərqdəki gərginlik daha da azalmalıdır, potensial yumşalma isə qiymətləri 60-61 dollar aralığına endirə bilər.

Yanvar ayında ABŞ-da iş yerlərinin artımının sürətlənməsi və işsizlik səviyyəsinin 4,3%-ə düşməsi də tələb gözləntilərini dəstəkləyib. Lakin ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, xam neft ehtiyatları ötən həftə 8,5 milyon barel artaraq 428,8 milyon barelə çatıb. Bu artım gözlənilən 793 min bareldən xeyli yüksək olub.