"Bundan sonra geyimlərdə saxta kürkdən istifadə edəcəyik" Məşhur firmadan - Şok qərar

06.09.2018 Dünya
İngiltərənin lüks geyim markası olan "Burberry", milyonlarca funtsterlinq dəyərində satılmayan məhsullarını yandıraraq məhv etmə üsuluna son verdiyini açıqlayıb.

"Kommersant.az" türk mətbuatına istinadən bildirir ki, bu əməlinə görə təbiətsevərlər tərəfindən çox tənqid olunan şirkət bundan sonra kolleksiyalarında həqiqi kürkdən də istifadə etməyəcək.
Keçən il 28.6 milyon funtsterlinq dəyərində satılmamış məhsulunu yandıran "Burberry" yeni dizayneri Riccardo Tisci ilə ilk kolleksiyasını hazırlayarkən, şirkətin bundan sonra ətraf mühitə daha artıq önəm verəceyini açıklayıb.
Şirkət Versace, Gucci və Stella McCartney kimi digər məşhur markaları təqib edərək bundan sonra dovşan, tülkü, bizon və Asiya rakunu kimi heyvanların kürklərini də istifadə etməyəcək.