Türkiyə rəhbərliyindən yeni qərar

02.10.2018 Dünya
Yay vaxtına keçid daimiləşdirildi.

“Kommersant.az” xəbər verir ki, Türkiyə prezidenti Receb Tayyip Erdoğanın verdiyi yeni qərara əsasən ölkə ərazisində bu gündən etibarən gün işığından daha çox yararlanmaq məqsədi ilə yay vaxtına keçirilmiş saat daimiləşdirildi.

Belə ki, yay vaxtı tətbiq olunan saat bundan sonra il boyu davam etdiriləcək. Sözügedən qanun 697 saylı qərarın 2-ci maddəsinə əsasən qüvvəyə minəcək.