Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfelinin həcmi açıqlanıb.
Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, depozit portfelinin həcmi ən yüksək olan bank ABB olub. Bankın depozit portfelinin həcmi 8,893 milyard manat təşkil edib.
İkinci sırada 8,289 milyard manat depozit portfeli ilə Kapital Bank dayanıb. Siyahının üçüncü pilləsində isə 7,552 milyard manat depozit portfeli ilə "PAŞA Bank" qərarlaşıb.
Depozit portfelinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın depozit portfelinin həcmi 37,101 milyon manat təşkil edib.