Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərinin həcmi açıqlanıb.
Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, öhdəliklərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın öhdəliklərinin həcmi 11,422 milyard manat təşkil edib.
İkinci sırada 10,142 milyard manat öhdəlik ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 8,489 milyard manat öhdəliklər ilə "PAŞA Bank" qərarlaşıb.
Öhdəliklərinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın öhdəliklərinin həcmi 66,938 milyon manat təşkil edib.//trend