Ən çox şokolad yeyənlər - ÖLKƏ SİYAHISI

06.10.2018 Dünya
Rusların şokolada olan sevgisi dünyada kakao çatışmazlığına səbəb ola bilər.

"Kommersant.az" xəbər verir ki, Amerika agentliyi "Bloomberg" məhz Rusiyanın şokolada olan tələbatına görə dünyada 50 min ton kakaonun defisitinin olduğunu bildirir.

Dünya üzrə şokoladın ən çox hissəsini İsveçrə, Avstriya və Almaniya xalqları istifadə edir. Bir nəfərin istehlak etdiyi şirniyyat 8,6 kq-dır. Rusiya isə şokolada olan tələbata görə Qərbi Avropadan sonra ikinci yerdə gəlir. Burada 1 nəfər il ərzində 4,8 kq şokolad yeyir. Digər ölkələr üzrə isə adambaşına illik şokolad istehlakı 1 kq-a yaxındır.

Nəşrin iddiasına görə, son illər kakao bazarında yaranmış böhran qiymətlərin enməsinə səbəb olub. Bu isə kakaonun əsas vətəni olan Afrika ölkələrindən ixracın azalmasına səbəb olub. Lakin 2018-ci ilin ikinci yarısından etibarən Rusiya bazarı hesabına qiymətlərdə canlanma müşahidə olunub.