Britaniya yeni sanksiya siyahısı hazırlayır

13 Oktyabr 14:19 Dünya
Böyük Britaniya Səudiyyə Ərəbistanının rəsmilərinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

"Kommersant.az" xəbər verir ki, buna səbəb jurnalist Camal Qaşıqçının itkin düşməsi məsələsi olub. Məlumata görə, sanksiya siyahısını Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hazırlayır. Sanksiyalar barədə yekun qərar isə araşdırmadan sonra veriləcək. Lakin Xarici İşlər Nazirliyi məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Washington Post" qəzetinin müxbiri C.Qaşıqçı, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. O, 2017-ci ildən ABŞ-da yaşayırdı.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının, konsulluğun binasını tərk etdikdən sonra itkin düşdüyünü bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Səudiyyə Ərəbistanı, jurnalistin itməsi ilə əlaqəsi olmadığını sübut etməlidir. Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoyun sözlərinə görə, Türkiyə Səudiyyə Ərəbistanından, İstanbulda yerləşən Baş Konsulluğunda baxış aparmaq üçün icazə alıb.

  • Əvvəlki

    Ən çox maaş alan dünya aktyorlarının adları açıqlandı - SİYAHI

Digər xəbərlər

22 Oktyabr 17:25 Dünya
Yeməyinizi dron çatdıracaq
0 0
22 Oktyabr 16:46 Dünya
Sanksiyalar Şimali Koreyanı qorxutmur
0 0
22 Oktyabr 16:30 Dünya
Yolka məhkəməyə verildi
0 0
22 Oktyabr 15:43 Dünya
"AliExpress"dən - YENİLİK
0 0
22 Oktyabr 13:37 Dünya
Hokinqin arabası satışa çıxarıldı
0 0
20 Oktyabr 17:00 Dünya
"Renault" türklərə iş verəcək
0 0
20 Oktyabr 14:27 Dünya
Monastr satılır
0 0
20 Oktyabr 14:02 Dünya
Meteorit 600 min dollara satıldı
0 0
20 Oktyabr 13:21 Dünya
Ən gənc milyarder evinə qayıtdı
0 0
19 Oktyabr 18:10 Dünya
Moskvaya gələn həftə qar yağacaq
0 0
19 Oktyabr 14:03 Dünya
Məşhur milyonçudan - 5 MƏSLƏHƏT
0 0
19 Oktyabr 13:15 Dünya
"Coca-Cola"da - DƏYİŞİKLİK
0 0