USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AİB Bakı metrosunun genişləndirilməsinə 850 milyon avro ayıra bilər

01.05.2026 İqtisadiyyat
0 0
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Bakı Metropoliteninin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir. Bu məqsədlə bankın adi kapital resursları hesabına 850 milyon ABŞ dollarınadək kredit ayrılması planlaşdırılır.

Kommersant.az xəbər verir ki, təklif olunan proqram krediti 30 yanvar 2025-ci il tarixində təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ayrılmaz tərkib hissəsidir.

Təşəbbüs Bakı və ətraf rayonların nəqliyyat infrastrukturunun inkişafına, iqtisadi artımın sürətləndirilməsinə, eləcə də 2020–2040-cı illər üzrə Bakı şəhərinin Baş planına uyğun olaraq əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AİB-də qeyd edildiyi kimi, proqram milli, regional və yerli səviyyələrdə əsas maraqlı tərəflərlə sıx koordinasiya şəraitində hazırlanıb. Proqram paytaxtda daha ekoloji, inklüziv və iqtisadi baxımdan dayanıqlı şəhər mühitinin formalaşdırılmasına yönəlmiş kompleks yanaşmaya əsaslanır.

Layihənin həyata keçirilməsinin Azərbaycanda ictimai nəqliyyatın dayanıqlı inkişafını təmin edəcəyi gözlənilir. Əsas nəticə kimi metro infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur, əsas göstəricilər sırasında isə xətlərin uzadılması və beş yeni stansiyanın istismara verilməsi yer alır.

  • Əvvəlki

    Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib

Digər xəbərlər

01.05.2026 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
01.05.2026 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
30.04.2026 İqtisadiyyat
Azərbaycanda maaşlar saathesabı veriləcək
0 0