USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Məmur-oliqarxlar torpaqlarla alver edə bilməyəcəklər” - KOMİTƏ SƏDRİ

24.05.2018 İqtisadiyyat
0 0
Azərbaycanın bəzi rayonlarında 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində saxlanılır.

"Kommersant.Az" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi illərdir hasarlanıb becərilməyən kənd təsərrüfatı təyinatlı iri torpaq sahələri barədə sərt tədbirlər görməyə başlayıb.

Komitə tərəfindən aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, tendensiya bu cür davam edəcəyi təqdirdə becərilməyən əkinə yararlı torpaq qalmayacaq:

"Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu sahədə böyük işlər görüb və hazırda proses davam edir. Bu, Komitə tərəfindən atılmış cəsarətli addımlardır ki, həmin torpaqları oliqarxların əlindən alır".

Komitə sədri deyib ki, geri alınmış torpaqların hamısı kəndliyə, dövriyyəyə verilib:

"Həmin torpaqlar becəriləcək, əkin əkiləcək. Artıq hansısa oliqarx, məmur geri alınmış torpaqları hasara alıb alver edə bilməyəcək. Mərhum Heydər Əliyev vaxtilə torpaqları kəndliyə əkib-becərmək üçün pulsuz vermişdi. Vermədi ki, kimlərsə min hektarlarla torpaq alıb alver etsin. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edirəm. Çünki 200 min hektardan çox torpaq sahəsinin yenidən dövriyyəyə qaytarılması kənd təsərrüfatı istehsalının artırılması deməkdir".
E.İbrahimov geri alınmış torpaqların kəndlilərin icarəsinə, istifadəsinə veriləcəyini bildirib:

"Torpaqlar icarəylə istifadəyə verilir. Kimin imkanı varsa, torpaqları icarəyə götürüb istifadə edəcək. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Torpaqlar əkildikcə, kənd təsərrüfatı inkişaf edəcək. Kənd təsərrüfatı məhsularının bolluğunun yaranması həm ölkədaxili, həm də ölkə xarici bazarlara çıxış imkanlarımızı artıracaq".

Qeyd edək ki, indiyədək Komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar.

2015-ci ildən etibarən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə ümumilikdə təyinatı dəyişdirilən torpaqlar da daxil olmaqla 277 min hektar torpaq sahəsi icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb.

Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində də 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 Aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib.

  • Əvvəlki

    Mərkəzi Bankın qərarı gecikmiş addımdır - EKSPERT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0